Massachusetts Texnologiya Universiteti vacib xəstəlikləri zamanında aşkar edə bilən dərman vasitəsi hazırlayıb. Universitetdən verilən açıqlamaya əsasən, tək bir həblə bütün sağlamlıq məlumatlarını almaq mümkün olacaq.
Həb onu qəbul edən şəxsin bədən istiliyi, ürək döyünmə sürəti və s. kimi sağlamlıqla bağlı bütün məlumatlarını mobil telefona göndərə bilmək xüsusiyyətinə malikdir.
Üzərindəki sensorlar vasitəsilə məlumatları telefonlara ötürən dərman vasitəsinin uzunluğu 30 millimetrdir. Hal-hazırda ABŞ alimləri dərman vasitəsinin uzunluğunun 10 millimetrə qədər azaldılması üzərində işləyir.
Qeyd edək ki, bir ay müddətində insan mədəsində qalmaq xüsusiyyətinə malik olan həbin xərçəng kimi vacib xəstəlikləri də vaxtında aşkar edərək milyonlarla insanın həyatını qoruyacağı ehtimal edilir.