SOCAR-ın “Azəriqaz” İstehsalat Birliyi tərəfindən 2018-ci il oktyabrın 09-da Ağsu rayonunun Gürcüvan,Hinqar və Nüydü kəndlərinə təbii qaz verilib.
BBN.az xəbər verir ki, bu məqsədlə keçirilən tədbirdə rayon İcra Hakimiyyətinin və “Azəriqaz” İstehsalat Birliyinin təmsilçiləri, ictimaiyyət nümayəndələri iştirak ediblər. Bildirilib ki, 306 fərdi evdən ibarət olan kəndlərin qazlaşdırılması üçün birpilləli sistem əsasında ümumi uzunluğu 22 580 metr müxtəlif diametrli polietilen və metal borularla daşıyıcı eləcə də paylayıcı qaz xətləri çəkilib,mənzillərə sayğac və fərdi tənzimləyici quraşdırılıb.
Yeni qazlaşdırılan yaşayış sahələrində qaz şəbəkəsinin qurulmasında “bir pilləli” tənzimləmə sistemi tətbiq edilib ki, bu da hər bir abonentin fərdi qaz tənzimləyicidən istifadə etməsinə və istehlakçılara ötürülən qazın sabit rejimdə saxlanılmasına zəmin yaradır.