İyunun 22-də İqtisadiyyat Nazirliyinin Bakı Biznes Tədris Mərkəzi Ağsuda sahibkarlar və sahibkarlıq fəaliyyətinə yeni başlayanlar üçün treninq keçirib.
“Made in Azerbaijan” brendinin yaradılması və inkişafı”, “İnvestisiya təşviqi sənədinin verilməsi Qaydası” mövzularını əhatə edən treninqdə biznesin təşkili və səmərəli idarə edilməsi, brendləşmənin xüsusiyyətləri, “Made in Azerbaijan” brendinin yaradılması, məhsulların keyfiyyətinin yüksəldilməsi, investisiya təşviqi sənədinin alınması üçün investisiya layihəsinin (biznes planın) tərtib edilməsi, investisiya təşviqi sənədini almış sahibkarlara texnikanın, texnoloji avadanlıqların və qurğuların idxalı üçün təsdiqedici sənədin verilməsi qaydası və digər məsələlər barədə ətraflı məlumatlar iştirakçıların diqqətinə çatdırılıb.
Qeyd edək ki, treninq iştirakçıları apellyasiya şuraları, sahibkarların təkrar şikayətlərinə baxılması prosedurları, İqtisadiyyat Nazirliyi tərəfindən göstərilən elektron xidmətlər barədə məlumatlandırılıb.