AGTECH üzrə akselerasiya proqramına start verilib

Aqrar sahədə innovasiyaların tətbiqi, kənd təsərrüfatı üzrə gənclərin, biznesə başlamaq və ideyalarını biznesə çevirmək istəyənlərin fəaliyyətini stimullaşdırmaq məqsədilə Kənd Təsərrüfatı Nazirliyi ilə “İnnoland” İnkubasiya və Akselerasiya Mərkəzinin birgə həyata keçirdiyi akselerasiya proqramına seçimlər başa çatıb.

“Kənd təsərrüfatı” (AgTech)  üzrə akselerasiya proqramı aqrar sahədə startapların yetişməsinə təkan verəcək və cəmiyyətdə “Agtech” sahəsinə olan marağın yaranmasını təmin edəcək. Eyni zamanda akselerasiya proqramında olan startaplar vasitəsilə fermerlərin qarşılaşdıqları müxtəlif problemlərin və çətinliklərin həllinə innovativ həllərin yaradılması əsas hədəflərdən biridir.

Qeyd edək ki, “AgTech” akselerasiya proqramına seçimlər 5-20 yanvar tarixlərini əhatə edib və 40-dan çox layihə üzrə sənəd qəbul olunub. Bir neçə kriteri üzrə seçim nəticəsində 5 layihə startap seçilib.

  • TECH
  • Algae Fertilizer
  • Bee
  • AgriTour
  • Agro

Bu startap layihələrə  12 həftə ərzində Silikon vadisindən aqrar və biznes üzrə ixtisaslaşmış müxtəlif ekspertlər və yerli mentorlar tərəfindən təlimlər keçiriləcək. Təlimlərdə kənd təsərrüfatı sahəsində layihə müəlliflərinin öz ideyalarını biznesə çevirmək üçün bütün zəruri bilik və bacarıqlara yiyələnməsi təmin ediləcək. Bu çərçivədə startapın 12 həftə ərzində hüquqi şəxsə çevrilməsinə qədər bütün mərhələlər üzrə mexanizmlər üzrə təlimlər keçiriləcək.

Akselerasiya proqramının sonunda keçirilməsi nəzərdə tutulan “DEMO Day” adlı tədbirdə seçilmiş layihələr yerli və xarici investorlara təqdim olunacaq.

Qeyd edək ki, proqram Kənd Təsərrüfatı Nazirliyinin dəstəyi ilə həyata keçirilir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır