Avropa Komissiyasının üzrəində işlədiyi yeni qanun layihəsinə əsasən, şirkətlərin gəlirlərini vergi dərəcələri aşağı olan ölkələrə köçürməklə onlara yardım edənlərə qarşı cərimə tətbiq edilə bilər. Yeni sənəd “Deloitte”, “Pricewaterho-useCoopers”, “Ernest&Young” və KPMG kimi auditor şirkətlərini, eləcə də bank məsləhətçilərini və digər məsləhətçiləri Avropa İttifaqına üzv dövlətlər qarşısında “vergi optimallaşdırılmasının potensial aqressiv sxemləri” barədə hesabat verməyə məcbur edə bilər. Belə bir addımın atılmasına səbəb vergidən yayınmaya qarşı mübarizəni gücləndirməkdir. Bu, həm də Panama sənədləri ilə bsğlı keçənilki qalmaqalların nəticəsi olaraq görülən tədbirlərin tərkib hissəsidir. Tezliklə ictimaiyyətə açıqlanması gözlənilən qanun layihəsi əsasında müəyyənləşdirilmiş qaydalara əməl edilməklə bağlı cərimələr tətbiq olunacaq.
Qeyd edək ki, bununla əlaqədər qərar çıxarmaq hüququ isə Avropa İttifaqına üzv olan ölkələrin özlərində saxlanacaq.