Azərbaycan hökuməti və Asiya İnkişaf Bankının (ADB) birgə maliyyələşdirdiyi “Su təchizatı və kanalizasiya İnvestisiya Proqramı”nın 3-cü tranşı çərçivəsində beynəlxalq şirkətlər üçün yeni vakansiya elan edilib.
Vakansiya üzrə əmək müqaviləsinin müddəti 25 ay nəzərdə tutulub.
Keyfiyyət və Dəyər əsasında Seçim (Quality and Cost-Based Selection – QSBS) metodu ilə keçirilən müsabiqənin qalibi olan şirkətin 2017-ci il yanvarın 15-dən işə başlaması planlaşdırılır. Müsabiqənin məqsədi Naxçıvan Muxtar Respublikası üçün beynəlxalq və yerli audit xidmətləri göstərən şirkətin seçilməsidir.
Noyabrın 18-i Manila vaxtı ilə saat 12:00-dək vaxtı bitəcək elan üzrə auditorlar üçün ümumilikdə 152 240 ABŞ dolları məbləğində ödəniş edilməsi nəzərdə tutulub.
Bu vakansiya üzrə məsul şəxs Naxçıvan MR-nın Dövlət Meliorasiya və Su Təsərrüfatı Komitəsiin əməkdaşı İbrahim Məmmədov, agent qurum kimi isə Naxçıvan MR-nın Dövlət Meliorasiya və Su Təsərrüfatı Komitəsi müəyyən edilib.
Mənbə: report.az