AİF-in elan etdiyi tenderin qalibləri bəlli olub

“Azərbaycan İpoteka Fondu” ASC-yə 2018-ci il üzrə investisiya xidmətlərinin (əməliyyatlarının) göstərilməsi ilə bağlı xidmətlərin satın alınmasına dair açıq tender başa çatıb.

BBN.az xəbər verir ki, tenderin 1-ci Lot, yəni Qiymətli kağızlar ilə aparılan əməliyyatlarla bağlı müştəri sifarişlərinin qəbul və icra  edilməsi xidməti üzrə qalibi “AzFinance İnvestisiya Şirkəti” QSC olub.

2-ci Lot, yəni Qiymətli kağızların öhdəlik götürmədən yerləşdirilməsi və anderraytinqi üzrə isə “PSG-KAPİTAL İnvestisiya Şirkəti” QSC qalib olub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır