AİF-in istiqrazlarının növbəti hissəsinin yerləşdirilməsinə başlanılır

21 iyul 2017-ci il tarixində Bakı Fond Birjasında (BFB) «Azərbaycan İpoteka Fondu» ASC – nin (AİF) AZ2019008682 dövlət qeydiyyat nömrəli, adlı sənədsiz faizli istiqrazlarının kütləvi təklif qaydasında yerləşdirilməsi üzrə növbəti hərrac keçiriləcək.

İstiqrazların buraxılış parametrləri cədvəldə qeyd edilib:

Dövlət qeydiyyat №-si AZ2019008682
Hərraca çıxarılan həcm (nominal qiymətlə) 25 000 000 AZN
Bir istiqrazların nominal qiyməti 1000 АZN
İstiqrazların tədavül müddəti 7560  gün
İstiqrazlar üzrə gəlirlilik 3 %

İstiqrazların buraxılış şərtlərinə əsasən, bir istiqrazın satış qiyməti 1008.83 AZN təşkil edəcək. Təqdim edilmiş sifarişlər təklifdən çox olduğu halda sifarişlər mütənasib qaydada təmin ediləcək.

AİF-in təmin edilmiş istiqrazlarının emissiya prospekti Bakı Fond Birjasının internet saytının (www.bfb.az) “Emitentlər” bölməsində yerləşdirilib.

Qeyd edək ki, BFB-də ticarətdə iştirak etməkdə maraqlı olan şəxslər birja üzvü olan investisiya şirkətlərinə müraciət edə bilərlər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır