“Azərbaycan İpoteka Fondu” Açıq Səhmdar Cəmiyyəti üçün informasiya texnologiyalarına dair avadanlıqların satın alınması üzrə təkliflər sorğusunun müddəti uzadılıb.
Satınalma üzrə ilkin sənədlər 24 noyabr 2017-ci il saat 18.00-dək, təklif zərfləri və təklifin təminatı isə 06 dekabr 2017-ci il saat 18.00-dək Cəmiyyətin Bakı şəhəri, Bül-bül prospekti 40 ünvanında yerləşən inzibati binasında qəbul ediləcək. Satınalma üzrə zərflər 07 dekabr 2017-ci il saat 15.00–da Cəmiyyətin inzibati binasında açılacaq.
Təklifin qüvvədə olma müddəti 26 yanvar 2018-ci il, təklifin təminatının qüvvədə olma müddəti 15 mart 2017-ci il tarixinədək olması müəyyən edilib.