AIIB-də Azərbaycan üzrə yeni nümayəndə təyin edilib

Asiya İnfrastruktur İnvestisiya Bankına (AIIB) Azərbaycan üzrə yeni alternativ direktor təyin edilib.

Yeni alternativ direktor Ruslan Rüstəmlidir. O, Azərbaycanla yanaşı, Bruney, Gürcüstan, Qırğızıstan, Pakistan və Türkiyə üzrə də eyni vəzifəni icra edəcək.

R.Rüstəmli azərbaycanlı alternativ direktor Könül Əliyevanın yerinə təyinat alıb. Hazırda AIIB-də iki alternativ direktor var ki, onun biri R.Rüstəmli, digəri isə Ömər Həmid Xan (Amar Hamid Khan) adlı pakistanlıdır. Bankın region üzrə direktoru isə Türkiyə vətəndaşı Ömər Ədhəm Bayardır.

Xatırladaq ki, 2015-ci il iyunun 29-da Pekində 57 ölkə AIIB-in yaradılması üçün müqavilə imzalayıb. Azərbaycan tərəfindən bu müqaviləni maliyyə naziri Samir Şərifov imzalayıb. Rəsmi Bakının üzvlüyü 2016-cı il iyunun 24-də ratifikasiya edilib.

Mənbə: report.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır