“Aİ”nin Tvinninq aləti artıq on ildir ki, Azərbaycanda tətbiq olunur

Bu gün İqtisadiyyat Nazirliyinin təşkilatçılığı ilə Avropa İttifaqının Tvinninq alətinin Azərbaycanda tətbiqinin on illiyinə həsr olunmuş konfrans keçirilib.

Tədbirdə Azərbaycanın aidiyyəti dövlət qurumlarının, Avropa Komissiyasının, Avropa İttifaqının üzv dövlətlərinin səfirliklərinin, həmçinin Ukrayna, Moldova, Gürcüstan və Türkiyənin müvafiq dövlət qurumlarının ümumilikdə 100-dən çox nümayəndəsi iştirak edib.
Konfransda bildirilib ki, bu günədək Azərbaycanda reallaşdırılan 45 Tvinninq layihəsindən 26-ı uğurla tamamlanıb, 12 layihə icra edilməkdədir, 7 layihə üzrə isə sənədlər hazırlanır.

Qeyd edək ki, Tvinninq layihəsi dövlət qulluqçuları arasında texniki təcrübənin birbaşa mübadiləsi yolu ilə benefisiarlara Avropa İttıfaqının standartlarına və təcrübələrinə uyğunlaşdırma prosesində dəstək verir. TAİEX layihəsi qısamüddətli texniki yardım, məsləhət və təlim xidmətlərinə, SİQMA layihəsi dövlət idarəçiliyi sistemlərinin və dövlət idarəetmə orqanlarının potensialının gücləndirilməsinə, SOCİEUX isə sosial müdafiə sisteminin təkmilləşdirilməsinə dəstək göstərir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır