Əmlak Məsələləri Dövlət Komitəsi və Azərbaycan Milli Elmlər Akademiyasının birgə təşkilatçılığı ilə iyunun 13-də “Azərbaycanda torpaq idarəçiliyində kadastr və coğrafi informasiya məlumatlarından istifadənin elmi əsasları” mövzusunda elmi-praktiki seminar keçirilib.
Tədbir görkəmli coğrafiyaçı və torpaqşünas alim, akademik Həsən Əliyevin anadan olmasının 110 illiyinə həsr olunub. Elmi-praktiki seminarın keçirilməsində məqsəd torpaq idarəçiliyində, kadastr məlumatlarından və aqroiqlim ehtiyatlarından daha səmərəli istifadə, o cümlədən torpaqların kəmiyyət və keyfiyyət göstərcilərinin müəyyən edilməsndə, kənd təsərrüfatı ərazilərinin planlaşdırılmasında ən son elmi nəaliyyətlərin, müasir innovativ yanaşmaların tətbiqi ilə əlaqədar qarşılıqlı elmi-tətqiqat işlərinin təkmilləşdirilməsidir.