Almaniyanın paytaxtı Berlin şəhərində “Reconnaissance International Limited” şirkətinin təşkilatçılığı ilə aksiz markalarına həsr edilmiş 7-ci forum keçirilib.
Forumun əsas məqsədi aksiz və gömrük sahəsində fəaliyyət göstərən orqanları bir yerə toplamaqla aksiz markaları sahəsində son yenilikləri müzakirə etmək və ən yaxşı nəticələri öyrənmək olub.
Forumda Azərbaycanı Vergilər Nazirliyinin Beynəlxalq əməkdaşlıq və maliyyə institutlarında vergi monitorinqi departamentinin baş direktoru, 3-cü dərəcəli dövlət vergi xidməti müşaviri Zaur Fətizadənin rəhbərliyi ilə nümayəndə heyəti təmsil edib.
Qeyd edək ki, forumda ABŞ, Almaniya, Avstriya, Belçika, Belarus, Bolqarıstan, Böyük Britaniya, Braziliya, Çexiya, ÇXR, Estoniya, Flippin, Fransa, Hindistan, İrlandiya, İspaniya, İsveçrə, İtaliya, Kanada, Keniya, Kolumbiya, Macarıstan, Rusiya və digər ölkələrin dövlət və şirkət nümayəndələri iştirak edib.