Maliyyə Bazarlarına Nəzarət Palatası ləğv prosesində olan “Alfa Sığorta” ASC-nin kreditorlarına və digər şəxslərə müraciət edib.
Bildirilib ki, 01.07.2018-ci il tarixindən etibarən “Alfa Sığorta” ASC-nin ləğvi ilə bağlı yaradılmış ləğvetmə komissiyası müraciətləri Bakı şəhəri, Bülbül prospekti, 27, AZ1000 ünvanında (Maliyyə Bazarlarına Nəzarət Palatasınin inzibati binası) qəbul edir.