“Alfa Sığorta” ASC-nin kompensasiya ödənişlərinə başlanılıb

İcbari Sığorta Bürosunun məlumatına əsasən, ləğv prosesində olan “Alfa Sığorta” ASC tərəfindən rəsmiləşdirilmiş icbari sığorta müqavilələri üzrə baş vermiş sığorta hadisələri ilə əlaqədar zərərçəkmiş şəxslərə İcbari Sığorta Bürosu tərəfindən kompensasiya ödənişlərinin verilməsi üçün toplanmış sənədlərin hüquqi ekspertizası, zərərçəkmiş şəxslərlə görüşlərin təşkili və təhvil-təslim işləri yekunlaşdırılıb.

İcbari Sığorta Bürosu təhvil-təslim işlərinin yekunlaşdırıldığını nəzərə alaraq “Alfa Sığorta” ASC- tərəfindən rəsmiləşdirilmiş icbari sığorta müqavilələri üzrə zərərçəkmiş şəxslərə kompensasiya  ödənişlərininin 02 fevral 2017-ci il tarixindən etibarən ardıcıllıqla həyata keçirilməsi prosesinə başlanıb.

Qeyd edək ki, hazırda avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası növü və daşınmaz əmlakın icbari sığorta növü üzrə 13 sığorta şirkəti (http://isb.az/istirakci-sigorta-sirketleri/  ) fəaliyyət  göstərir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır