“Alibaba” hansı maliyyə investorlarının səhmlərini alıb?

Dünyanın ən önəmli onlayn və mobil ticarət şirkətlərindən ən məşhuru “Alibaba” “Trendyol”a investisiya ayırıb. Bu investisiya ilə şirkət “Trendyol”un mövcud maliyyə investorlarının da səhmlərini alıb.

Əvvəlcə qeyd etmək lazımdır ki, “Trendyol”un mövcud investorları Tiger Global, Kleiner Perkins Caufield & Byers, Maide Kurttepeli, Emre Kurttepeli ve European Bank for Reconstruction and Development (EBRD) şirkətləridir.

Bu investorların ən böyüyü “Tiger Global” daha əvvəl “Trendyol”a 3 dəfə investisiya ayırıb. Belə ki, birinci dəfə 4.3 milyon, daha sonra isə 10 milyon investisiya qoyan “Tiger Global” investisiya qoymazdan əvvəl şirkətin 54%-nin sahibi idi. “Trendyol”un yerli investorlarından Emre Kurttepelli şirkətin 0.6%-nə sahibdir. Maide Kurttepeli isə 1%-nə sahibdir. 2014-cü ildə şirkətə investisiya ayıran European Bank for Reconstruction and Development (EBRD) şirkətin 4.8%-nə sahibdir.

“Kleiner Perkins Caufield & Byers” şirkətə  2012-ci ildə “Tiger Global” ilə investisiya ayrımışdı. “Kleiner Perkins Caufield & Byers” isə şirkətin 14%-nə sahibdir.

“Alibaba” bunula şirkətin 75%-nə sahib oldu. Lakin stratejik partnyor olsa da “Alibaba” şirkətin idarəsində heç bir dəyişiklik etməyəcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır