Çində yeni mobil ödəniş qaydaları “Alibaba”ya necə təsir edəcək?

Çində “Alibaba Group Holding” və digər mobil ödəmə provayderləri əhəmiyyətli dərəcədə faiz gəlirlərini itirməyə davam edir. Buna səbəb hökumətin istifadəçilərdən aldıqları öncədən ödənilmiş vəsaitlərin özəl müəssisələrdə deyil, Mərkəzi Bankda yerləşdirilməsini tələb etməsidir.

Çin Xalq Bankı ödəniş xidmətlərini izah edərək bildirib ki, 2019-cu ilə qədər belə müştəri fondlarının 100%-i müəyyən hesablarda yerləşdirilməlidir. Hazırda bu prosesin təxminən yarısı edilib, lakin nisbət bu aydan etibarən artmağa başlayacaq.

Bazarın iki əsas oyunçusu “Alipay” (Alibaba) və “WeChat” (Tencent) istifadəçilərin balanslarındakı qalıqları ödəmək məcburiyyətində deyil. Bunun əvəzində onlar mənfəətlərini özləri toplayırlar.

Bazarın qiymətləndirməsinə görə, bu pulla əldə edilən faiz dərəcələri təxminən 1.5% səviyyəsində olub. Fərz etsək ki, müştəri fondlarında təxminən 500 milyard yuan, yəni 75.3 milyard dollar saxlanılır, bu illik faiz gəlirlərində 7.5 milyard yuana çevrilir ki, bu da 2019-cu ildən etibarən faktiki yox olacaq gəlirdir.

PBOC (People`s Bank of China-Çin Xalq Bankı) yalnız gündəlik mobil ödənişləri deyil, istifadəçi vəsaitlərini istifadə edən maliyyə məhsulları haqqında tənzimləmələri də sıxlaşdırır.

9 iyuldan etibarən həyata keçiriləcək tənzimləmə ilə bankda saxlanılacaq vəsaitin miqdarı tədricən artacaq və 2019-cu ilin yanvarınadək bu 100% olacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır