“Alibaba” proqnozları 8 dəfə üstələyib

İnvestorlar açıqlama vermişdilər ki, “Alibaba”nın səhmlərinin dəyəri düşəcək. Lakin “Alibaba” investorları təəccübləndirib.

Belə ki, şirkətin səhmlərinin dəyəri ilin əvvəlindən bu günə qədər 87% dəyər qazanaraq, verilən proqnozları 8 dəfə üstələyib.

Çinli firmanın hesabatına əsasən, gəlirləri 56%, mənfəəti isə 62% artıb.

Qeyd edək ki, səhmlərin dəyəri haqqında açıqlama verən investorlar 2017-ci ildə 9.8 milyard dollar pul itirib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır