Çinin onlayn alış-veriş saytı olan “Alibaba” dünyanın ən böyük virtual alış-veriş mərasimi kimi qəbul edilən 11 noyabr Subaylar gününün ilk 7 dəqiqəsində 10 milyard yuan (1,43 milyard dollar), ilk 1 saatında isə 36,2 milyard yuan (5 milyard dollar) satış həyata keçirib. Bu haqda Global Times qəzeti məlumat verib.
Qeyd edək ki, Alibaba ötən il 11 noyabrın ilk 1 saatında 3,9 milyard dollarlıq satış həyata keçirmişdi. Yəni şirkət hal-hazırda 25%-lik artım əldə edərək öz rekordunu yeniləmişdir. Bu il ümumilikdə satışların 40% artaraq 20 milyard dollara çatması gözlənilir.