Çinin e-ticarət nəhəngi “Alibaba” Çin yemək tətbiqi proqramı “Ele.me”yi bütünlüklə satın aldığını açıqlayıb.
BBN.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, əvvəllər şirkətin 435-nə sahib olan “Alibaba” son razılaşmada şirkətin bütün hissələrini satın alıb. Sonuncu müqavilədə “Ele.me”nin bazar dəyəri 9,5 milyard dollar olub.
Qeyd edək ki, çincədən tərcüməsi “Acsan?” mənasını verən “Ele.me” şirkəti, Çində sürətlə inkişaf edən mobil telefon vasitəsilə yemək sifarişi bazarının əhəmiyyətli iştirakçılarından biridir.