Alman banklarının birləşməsi hələ də müzakirədədir

Bir ay öncə birləşmək üçün müzakirələrə başlayan “Deutsche Bank” və “Commerzbank” rəhbərliklərinin son qərarı növbəti həftələrdə açıqlaması gözlənilir.

Maliyyə bazarı tənzimləyicilərinin bu birləşməyə münasibəti müsbət deyil. Bunun əsas səbəbi kimi, Almaniyanın ən böyük iki bankının birləşməsinin maliyyə bazarında rəqabətə kəskin təsir etməsi ehtimalı göstərilir. Eləcə də, bu birləşmə nəticəsində 30 minə yaxın iş yeri ləğv ediləcək.

Avropa Mərkəzi Bankının (ECB) da sözügedən məsələ ilə bağlı qərarı naməlumdur.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır