Alman nəhənglərinə sərmayə qoymamaq qərarı alınıb

Dünyanın öndə gedən idarəetmə şirkətləri “Union Investment”, “Erste” və “Acadian” alman avtomobil nəhəngləri ilə bağlı son hadisələrdən sonra bu avtomobil şirkətlərinə sərmayə qoymamaq qərarını alıb.

İddiaya görə, “Volkswagen”, “Audi”, “Porsche”, “BMW” və “Daimler” gizli iclaslar keçirib, bu iclaslarda avtomobil texnologiyası və avtomobil parçaları ilə əlaqədar gizli müqavilələr imzalayıblar.

Hadisələr səbəbilə bu şirkətlərə qarşı risklərin artmasını əsas göstərən bəzi investorlar bu avtomobillərə sərmayə qoymağı dayandırıb.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır