Almaniyanın Maliyyə naziri Wolfgang Schaeuble Yunanıstanın davamlı inkişaf əldə etmək və Avrozonada qala bilmək üçün iqtisadi islahatlara ehtiyacı olduğunu bildirib.
Bu gün Brükseldə həyata keçirilən Avrozona Maliyyə nazirlərinin iclasında Schaeuble “Bir az daha borcların silinməsi Yunanıstana kömək edə bilməz. Avrozonada qalmaq üçün islahatdan başqa yolları yoxdur”-deyə bildirib.