Almaniyanın ixracatı son 4 ilin ən yüksək səviyyəsindədir

Son 4 illik müqaisədə Almaniyada  ixracat ötən noyabr ayında 3,9% artıb.

İxracatdaki böyümənin başlıca səbəblərindən biri kimi sənaye istehsalındakı canlanma göstərilir, eyni zamanda, 4-cü rübdə ixracın daha da artması qeyd olunub.

Almaniya Federal Statistika Komitəsinin məlumatına görə, ixracatın xalis dəyəri  104,5 milyard avro, cəmi idxal  dəyəri  isə 82,8 milyard avro, xarici ticarət isə 21,7 milyard avro olub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır