Almaniyanın sənaye istehsalının inkişafı yavaşlayıb

Almaniyanın sənaye istehsalı göstəricisi oktyabr ayında analitiklərin təxminlərinin daha aşağısında artım əldə edib ki, bu da Avropanın ən böyük iqtisadiyyatının inkişafının son rübdə zəifləməsi siqnallarını verir.

Berlində İqtisadiyyat Nazirliyi tərəfindən verilən açıqlamaya əsasən, oktyabr ayında sənaye istehsalı ötən aya nisbətən 0,3% artıb. Ekspertlərin proqnozu 0,8% həcmində idi.

Sənaye istehsalı göstəricisi ötən illə müqayisədə isə, 1,2% artıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır