“Google” un əsas şirkəti olan “Alphabet” in səhm dəyəri min dolları ötüb. Nyu York birjasında “Alphabet” in səhmləri 1.1% artaraq 1.007,40 dollara yüksəlib. Belə ki, dünyada bazar dəyəri ən yüksək ikinci şirkət olan “Alphabet” in səhmləri tarixtə ilk dəfə rekord kırıb. Şirkətin bazar dəyəri isə təxminən 695 mlrd. dollara çatıb.
Qeyd edək ki, “Alphabet” bu ilin ilk rübündə xalis mənfəəti ötən ilin eyni dövrü ilə müqayisədə 29% artaraq 5,43 mlrd. dollara, gəliri isə 22,2 % artaraq 24,75 mlrd. dollara yüksəlib.