“Amazon” Böyük Britaniyada yeni iş yerləri açmağı planlaşdırır

“Amazon” Mançester şəhərində yeni ofis açacağı ilə bağlı məlumat yayıb.

Hanover binasında yerləşəcək bu ofisdə 600-ə yaxın yüksək ixtisaslı işçi işləyəcək.

“Amazon”un Böyük Britaniya üzrə meneceri Doug Gurr ölkədə bundan əlavə Edinburgh və Cambridge şəhərlərində də müvafiq olaraq 250 və 180 iş yeri imkanı verən inkişaf mərkəzləri açacaqlarını bildirib.

Qeyd etmək lazımdır ki, Amazon şirkəti 2010-cu ildən bu yana Böyük Britaniya iqtisadiyyatına 9.3 milyard funt-sterlinq yatırım edib və hal hazırda 27500 işçi ilə fəaliyyətini davam etdirir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır