“Amazon” şirkətinin idarə heyətinə yeni təyinat olub

“Amazon” şirkəti “Pepsi” şirkətinin keçmiş icraçı direktoru olan Indra Nooyini idarə heyətinə əlavə edib. O həmçinin, şirkətin audit komitəsinin də üzvü seçilib.

Nooyi şirkətin idarə heyətində yer alan beşinci xanım olub. İdarə heyətində ümumilikdə 11 nəfər yer alır.

Nooyi hal-hazırda “Amazon” şirkətinin 549 səhminə sahibdir. Şirkətin səhm dəyəri cari dövr üçün 1633 dollar səviyyəsindədir.

Qeyd edək ki, Indra Nooyi 2006-2018-ci illərdə “Pepsi” şirkətində CEO vəzifəsini icra edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır