“”Amazon” poçt xidmətlərimizdən kuryer kimi istifadə edir”

ABŞ prezidenti Donald Trump “Amazon”un fəaliyyətlərinə yönələn həmlə edəcəyi iddialarına şəxsən cavab verib.

Belə ki, D. Trump twitter hesabından verdiyi açıqlamasında deyib: “Amazonla bağlı narahatlıqlarımı seçkilərdən çox daha əvvəl ifadə etmişdim. Digərlərindən fərqli olaraq “Amazon” dövlətə və yerli hökumətə vergini çox az ödəyir, ya da ümumiyyətlə ödəmir. Bizim poçt xidmətlərimizdən kuryer kimi istifadə edir.”

Həmçinin D. Trump fikirləşir ki, şirkətin qurucusu və 118 milyard dollar ilə dünyanın ən zəngin insanı Jeff Bezos sahibi olduğu “The Washington Post” qəzetini də siyasi silah kimi istifadə edir.

 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır