AMB-nin Qısamüddətli Notlarının yerləşdirilməsi üzrə hərrac keçirilib

23 may 2018-ci il tarixində Bakı Fond Birjasında Azərbaycan Respublikasının Mərkəzi Bankının (AMB) 50102067S dövlət qeydiyyat nömrəli, 300 mln manat həcmində, 28 gün tədavül müddətli qısamüddətli notlarının yerləşdirilməsi üzrə hərrac keçirilib.

BBN.az Bakı Fond Birjasına istinadən xəbər verir ki, hərrac zamanı 17 investor tərəfindən qiyməti  99.3812 AZN (8.01%) olan 27 sifariş təqdim edilib. Sifarişlərin nominal qiymətlə ümumi məbləği 535 663 400,00 AZN olub.

AMB-nin qərarına əsasən istiqrazların kəsmə qiyməti 99.3812 AZN (8.01%), orta ölçülmüş qiyməti 99.3812 AZN (8.01%) müəyyən edilib. Hərrac nəticəsində istiqrazların yerləşdirilmiş həcmi 300 000000 AZN təşkil edib.

Notların ödəmə tarixi 20.06.2018-ci ildir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır