AMB əməkdaşlarının tibbi sığortalanması üzrə tender elan edir

Azərbaycan Respublikasının Mərkəzi Bankı öz əməkdaşlarının tibbi sığortalanması üzrə “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanununa müvafiq olaraq açıq tender keçirir.

Tender proseduru 20 oktyabr 2017-ci ildə saat 16.00-da Azərbaycan Respublikası Mərkəzi Bankının inzibati binasında (Bakı şəhəri, R.Behbudov küçəsi 90) keçiriləcək.

İddiaçı tender təklifini və tender təklifinin bank təminatını 19 oktyabr 2017-ci il saat 18.00-a qədər möhürlənmiş, imzalanmış, yazılı surətdə ikiqat zərfdə, digər tələb olunan sənədləri isə ən geci 10 oktyabr 2017-ci il saat 18.00-a qədər möhürlənmiş, imzalanmış, yazılı surətdə bağlı zərfdə Mərkəzi Bankın Bakı şəhəri, R.Behbudov küçəsi 90 ünvanında yerləşən inzibati binasına təqdim etməlidir. Göstərilən vaxtdan gec təqdim olunmuş zərf və sənədlər açılmadan geri qaytarılacaq və iddiaçı tenderə buraxılmayacaq.

Qeyd edək ki, tenderin şərtləri və iştirak üçün lazım olan sənədlər haqqında ətraflı məlumat keçiddə yerləşdirilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır