AMB 250 mln. manat həcmində not yerləşdirib

1 noyabr 2017-ci il tarixində Bakı Fond Birjasında Azərbaycan Respublikasının Mərkəzi Bankının (AMB) 50100562S dövlət qeydiyyat nömrəli, 250 mln. manat həcmində, 28 gün tədavül müddətli qısamüddətli notlarının yerləşdirilməsi üzrə hərrac keçirilib.

Hərrac zamanı 15 investor tərəfindən qiyməti 99.2278 AZN (10.01%) olan 23 sifariş təqdim edilib. Sifarişlərin nominal qiymətlə ümumi məbləği 539 565 500,00 AZN olub.

AMB-nin qərarına əsasən istiqrazların kəsmə qiyməti 99.2278 AZN (10.01%), orta ölçülmüş qiyməti 99.2278 AZN (10.01%) müəyyən edilib. Hərrac nəticəsində istiqrazların yerləşdirilmiş həcmi 250.000.000 AZN olub.

Qeyd edək ki, notların ödəmə tarixi 29.11.2017-dir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır