AMB banklara bildiriş ünvanlayıb

Azərbaycan Mərkəzi Bankı (AMB) kommersiya banklarına bildiriş ünvanlayıb.

Bildirişdə göstərilib ki, 2-ci rübün bitməsi ilə əlaqədar olaraq, dövlət büdcəsinə daxilolmaların və xərclərin kütləviliyini, hesablaşmaların başa çatdırılmasının təmin edilməsi zəruriliyini nəzərə alaraq, ölkədaxili hesablaşma-kassa əməliyyatlarının aparılması məqsədilə 30.09.2017-ci il tarixi bank sistemi üçün rəsmi iş günü elan edilir.

Həmçinin qeyd edilib ki, ödəniş sistemləri üzrə 30.09.2017-ci il tarixi yeni əməliyyat günü hesab edilir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır