AMB depozit hərracının nəticələrini açıqlayıb

Mərkəzi Bank vəsaitlərin cəlb edilməsi üzrə depozit hərracının nəticələrini açıqlayıb.

Bankdan BBN.az bildiriblər ki, oktyabrın 29-da Mərkəzi Bank tərəfindən vəsaitlərin cəlb edilməsi üzrə keçirilmiş növbəti depozit hərracında tələb 1 246,9 milyon manat, hərracın nəticəsində bağlanılmış depozit əqdləri üzrə orta ölçülmüş faiz dərəcəsi isə 8,01 faiz təşkil edib. Vəsaitlər 14 gün müddətinə cəlb edilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır