Azərbaycan Mərkəzi Bankı (AMB) dövriyyədə olan notlarının həcmini açıqlayıb.
Belə ki, avqustun 25-i tarixinə olan göstəriciyə əsasən Mərkəzi Bankın dövriyyədə olan notlarının həcmi 550 mln. manat təşkil edib. Bu da 2 həftə əvvəlki göstərici ilə müqayisədə 10% və yaxud 50 mln. manat çoxdur.
Qeyd edək ki, notların orta illik gəlirliliyi isə 10,01% təşkil edib.