2017-ci ilin 19 iyul tarixində BFB-də Azərbaycan Respublikasının Mərkəzi Bankının qısamüddətli notlarının yerləşdirilməsi üzrə hərrac keçiriləcək. Hərrac zamanı sifarişlərin toplanması BFB-nin ticarət reqlamentinə uyğun olaraq saat 11:00-dan 12:30-dək olacaq.
Notların buraxılış parametrləri aşağıdakılardır:
Dövlət qeydiyyat №-si |
50100258S |
Hərraca çıxarılan həcm |
200 000 000 AZN |
Bir notun nominal dəyəri |
100 АZN
|
Notların tədavül müddəti |
28 gün |
Ödəmə tarixi |
16.08.2017 |
AMB qısa müddətli notların buraxılışı, yerləşdirilməsi və tədavülü haqqında qaydalara əsasən hərraclarda bank lisenziyasına malik olan hüquqi şəxslər iştirak edə bilər.
Edilmiş dəyişikliyə əsasən, hər bir bank tərəfindən təqdim edilən sifarişlərin ümumi 2-dən sayı (1 rəqabətli və 1 qeyri-rəqabətli) artıq olmamalıdır.
Qeyd edək ki, hərrac zamanı, notların buraxılışının 20%-dən artıq olmamaq şərti ilə qeyri-rəqabətli sifarişlərin qəbul edilməsinə icazə verilir.