Mərkəzi Bank binalarında istismar olunan mebel avadanlıqları və qapı-pəncərə-jalüz sistemləri üçün ehtiyat hissələrinin satın alınması və Mərkəzi Bankın Sumqayıt Ehtiyat Mərkəzinin inzibati binasına ehtiyat fiberoptik kabel xəttinin çəkilməsi ilə bağlı kotirovka sorğusu elan edir.
BBN.az xəbər verir ki, ikinci məsələ üzrə iştirak haqqı 30 manat təşkil edir.
Qeyd edək ki, kotirovka sorğuları üzrə möhürlənmiş və imzalanmış təklif zərfləri 15 fevral 2018-ci il saat 17.00-dək əlaqələndirici şəxs tərəfindən qəbul ediləcək və 16 fevral 2018-ci il saat 10.00-da Mərkəzi Bankın Bakı şəhəri R.Behbudov küç. 90 ünvanında yerləşən inzibati binasında açılacaq.