AMB-nin dövriyyədə olan notlarının həcmi azalmağa başlayıb

Azərbaycan Mərkəzi Bankının (AMB) dövriyyədə olan notlarının həcmi açıqlanıb.

Belə ki, hazırda bu rəqəm 550 mln. manat təşkil edir. Bu da 1 həftə əvvəlki göstəricidən 8.3% və yaxud 50 mln. manat azdır.

Qeyd edək ki, notların orta illik gəlirliliyi isə 10,01% təşkil edir.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır