Azərbaycan Banklar Assosiasiyasının “Daxili audit, mühasibat uçotu, vergi və hesabatlılıq üzrə” Ekspert Qrupuna yeni sədr təyin edilib. Bu şəxs, 1977-ci ildən bəri bank sektorunda fəaliyyət göstərən və hazırda bir çox bankda bank fəaliyyəti, mühasibat və vergi uçotu ilə bağlı konsultasiya xidmətini həyata keçirən Zakir Kazımovdur.
Bu haqda qərar ABA Rəyasət Heyətinin son iclasında qəbul edilib.
Zakir Kazımovun bank sektorundakı fəaliyyəti 1977-ci ildən başlayıb. 1992 və 2006-cı illərdə Mərkəzi Bankda rəhbər vəzifələrdə çalışan Z. Kazımov bundan sonra 2010-cu ilə qədər “Rabitəbank” ASC-də Müşahidə Şurasının üzvü vəzifəsində fəaliyyət göstərib. 2010 və 2015-ci illər arasında Vergilər Nazirliyinin struktur bölmələrində işləyib. 2015 və 2016-cı illərdə “Dəmirbank” ASC-nin İdarə Heyəti sədrinin müşaviri olaraq, çalışıb. Hazırda bir çox bankda fərdi sahibkar olaraq, bank fəaliyyəti, mühasibat və vergi uçotu ilə bağlı konsultasiya xidmətini həyata keçirir. |