AMB-nin not hərracında 19 sifariş təqdim olunub

19 iyul 2017-ci il tarixində Bakı Fond Birjasında Azərbaycan Respublikasının Mərkəzi Bankının 50100258S saylı dövlət qeydiyyatından keçmiş ümumi həcmi  200 000 000 manat, bir notun nominal dəyəri  100 manat, tədavül müddəti  28 gün olan qısamüddətli notlarının yerləşdirilməsi üzrə hərrac keçirilib.

Hərrac zamanı 15 investor tərəfindən 19 sifariş təqdim olunub. Sifarişlərin nominal üzrə ümumi məbləği 431,537,900.00 manat təşkil edib. Sifarişlər 99.1255 AZN (11.34%) və 99.2278 AZN (10.01%) qiymətində təqdim olunub.

Notların rəqabətli sifarişlər üzrə kəsmə qiyməti – 99.2278 AZN (10.01%), orta ölçülmüş qiyməti – 99.2278 AZN (10.01%), səviyyəsində Mərkəzi Bank tərəfindən müəyyən edilib. Bağlanılmış əqdlər üzrə hesablaşmalar 19.07.2017  tarixində həyata keçirilib.

Notların nominal üzrə reallaşdırılmış həcmi 200,000,000.00 AZN manat məbləğində müəyyən edilib.

Qeyd edək ki, notların ödəmə tarixi 16.08.2017-ci ildir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır