AMB-nin not hərracında tələb təklifi üstələyib

09 avqust 2017-ci il tarixində Bakı Fond Birjasında Azərbaycan Respublikasının Mərkəzi Bankının 50100259S saylı dövlət qeydiyyatından keçmiş ümumi həcmi – 100 000 000 manat, bir notun nominal dəyəri – 100 manat, tədavül müddəti – 28 gün olan qısamüddətli notlarının yerləşdirilməsi üzrə hərrac keçirilib.

Hərrac zamanı 13 investor tərəfindən 14 sifariş təqdim olunub. Sifarişlərin nominal üzrə ümumi məbləği 260,410,600.00 AZN təşkil edib. Sifarişlər 99.1148 AZN  və 99.2278 AZN qiymət intervalında təqdim edilib.

Notların rəqabətli sifarişlər üzrə kəsmə qiyməti – 99.2278 AZN, yəni 10.01%, orta ölçülmüş qiyməti – 99.2278 AZN, yəni 10.01%  səviyyəsində Mərkəzi Bank tərəfindən müəyyən edilib.

Notların nominal üzrə reallaşdırılmış həcmi 100,000,000.00 AZN məbləğində müəyyən edilib.

Qeyd edək ki, notların ödəmə tarixi 06.09.2017-ci ildir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır