AMB-nin not hərracında tələb təklifi üstələyib

13 sentyabr 2017-ci il tarixində Bakı Fond Birjasında Azərbaycan Respublikasının Mərkəzi Bankının (AMB) 50100161S dövlət qeydiyyat nömrəli, 150 mln manat həcmində, 28 gün tədavül müddəti, diskontlu notlarının yerləşdirilməsi üzrə hərrac keçirilib.

Hərrac zamanı 17 investor tərəfindən qiyməti 99.2278 AZN (10.01%) olan 25 sifariş təqdim edilib.

AMB-nin qərarına əsasən, istiqrazların kəsmə qiyməti 99.2278 AZN (10.01%), orta ölçülmüş qiyməti 99.2278 AZN (10.01%) müəyyən olunub. Sifarşlərin nominal qiymətlə ümumi məbləği 480,710,600.00 AZN, yerləşdirilmiş həcmi isə 150 mln manat təşkil edib.

Qeyd edək ki, notların ödəmə tarixi 11 oktyabr  2017-ci ildir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır