18 oktyabr 2017-ci il tarixində Bakı Fond Birjasında Azərbaycan Respublikasının Mərkəzi Bankının (AMB) 50100362S dövlət qeydiyyat nömrəli, 100 mln manat həcmində, 28 gün tədavül müddətli qısamüddətli notlarının yerləşdirilməsi üzrə hərrac keçirilib.
Hərrac zamanı 15 investor tərəfindən qiyməti 99.2278 AZN (10.01%) olan 20 sifariş təqdim edilib. Sifarişlərin nominal qiymətlə ümumi məbləği 422 489 700.00 AZN olub.
AMB-nin qərarına əsasən istiqrazların kəsmə qiyməti 99.2278 AZN (10.01%), orta ölçülmüş qiyməti 99.2278 AZN (10.01%) müəyyən edilib. Hərrac nəticəsində istiqrazların yerləşdirilmiş həcmi 100.000.000 AZN təşkil edib.
Qeyd edək ki, notların ödəmə tarixi 15.11.2017-ci ildir.