AMB notlarının yerləşdirilməsi üzrə hərrac keçirilib

6 dekabr 2017-ci il tarixində Bakı Fond Birjasında Azərbaycan Respublikasının Mərkəzi Bankının (AMB) 50100166S dövlət qeydiyyat nömrəli, 250 mln manat həcmində, 29 gün tədavül müddətli qısamüddətli notlarının yerləşdirilməsi üzrə hərrac keçirilib.

Belə ki, hərrac zamanı 16 investor tərəfindən qiymət intervalı  99.1900 AZN (10.14%) və 99.2004 AZN (10.01%) olan 22 sifariş təqdim edilib. Sifarişlərin nominal qiymətlə ümumi məbləği 464 831 400,00 AZN olub.

AMB-nin qərarına əsasən istiqrazların kəsmə qiyməti 99.2004 AZN (10.01%), orta ölçülmüş qiyməti 99.2004 AZN (10.01%) müəyyənləşib.Hərrac nəticəsində istiqrazların yerləşdirilmiş həcmi 250 000 000,00 AZN təşkil edib.

Qeyd edək ki, notların ödəmə tarixi 04.01.2018-ci ildir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır