AMB-nin qısamüddətli notlarının yerləşdirilməsi üzrə hərrac keçirilib

AMB-nin qısamüddətli notlarının yerləşdirilməsi üzrə hərrac keçirilib.

18 aprel 2018-ci il tarixində Bakı Fond Birjasında Azərbaycan Respublikasının Mərkəzi Bankının (AMB) 50101567S dövlət qeydiyyat nömrəli, 250 mln manat həcmində, 28 gün tədavül müddətli qısamüddətli notlarının yerləşdirilməsi üzrə hərrac baş tutub.

BBN.az Bakı Fond Birjasına istinadən xəbər verir ki, hərrac zamanı 17 investor tərəfindən qiyməti  99.3812 AZN (8.01%) olan 22 sifariş təqdim edilib. Sifarişlərin nominal qiymətlə ümumi məbləği 718 947 900,00 AZN olub.

AMB-nin qərarına əsasən istiqrazların kəsmə qiyməti 99.3812 AZN (8.01%), orta ölçülmüş qiyməti 99.3812 AZN (8.01%) müəyyənləşdirilib. Hərrac nəticəsində istiqrazların yerləşdirilmiş həcmi 250 000000 AZN təşkil edib.

Qeyd edək ki, notların ödəmə tarixi 16.05.2018-ci ildir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır