AMB-nin qısamüddətli notlarının yerləşdirilməsi üzrə hərrac keçiriləcək

2017-ci ilin 2 avqust tarixində  BFB-də Azərbaycan Respublikasının Mərkəzi Bankının qısamüddətli notlarının yerləşdirilməsi üzrə hərrac keçiriləcək. Hərrac zamanı sifarişlərin toplanması BFB-nin ticarət reqlamentinə uyğun olaraq saat 11:00-dan 12:30-dək həyata keçiriləcək.

Notların buraxılış parametrləri aşağıdakılardır:

Dövlət qeydiyyat №-si 50100159S
Hərraca çıxarılan həcm 150 000 000 AZN
Bir notun nominal dəyəri 100 AZN
Notların tədavül müddəti 28  gün
Ödəmə tarixi 30.08.2017

AMB qısa müddətli notların buraxılışı, yerləşdirilməsi və tədavülü haqqında qaydalara əsasən hərraclarda bank lisenziyasına malik olan hüquqi şəxslər iştirak edə bilər. Banklar birjada BFB-nin üzvü olan investisiya şirkətləri vasitəsilə iştirak edə bilər.

Hər bir bank tərəfindən təqdim edilən sifarişlərin ümumi 2-dən sayı (1 rəqabətli və 1 qeyri-rəqabətli) artıq olmamalıdır.

Hərrac zamanı, Notların buraxılışının 20%-dən artıq olmamaq şərti ilə qeyri-rəqabətli sifarişlərin qəbul edilməsinə icazə verilir.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır