11 oktyabr 2017-ci il tarixində Bakı Fond Birjasında (BFB) Azərbaycan Respublikasının Mərkəzi Bankının (AMB) qısamüddətli notlarının yerləşdirilməsi üzrə hərrac keçiriləcək. Hərrac zamanı sifarişlərin toplanması BFB-nin ticarət reqlamentinə uyğun olaraq saat 11:00-dan 12:30-dək təşkil olunacaq.
Notların buraxılış parametrləri barədə məlumat cədvəldə verilib:
Dövlət qeydiyyat №-si | 50100262S
|
Hərraca çıxarılan həcm | 150 000 000 AZN |
Bir notun nominal dəyəri | 100 AZN |
Notların tədavül müddəti | 28 gün |
Ödəmə tarixi | 08.11.2017 |
Hər bir bank tərəfindən təqdim edilən sifarişlərin ümumi sayı 2-dən (1 rəqabətli və 1 qeyri-rəqabətli) artıq olmamalıdır.
Hərrac zamanı, Notların buraxılışının 20%-dən artıq olmamaq şərti ilə qeyri-rəqabətli sifarişlərin qəbul edilməsinə icazə verilir.
Qeyd edək ki, AMB qısa müddətli notlarının alıcıları yalnız lisenziya əsasında fəaliyyət göstərən yerli banklar ola bilər.