AMB-nin Qısamüddətli Notlarının yerləşdirilməsi üzrə hərrac keçiriləcək

18 oktyabr 2017-ci il tarixində Bakı Fond Birjasında (BFB) Azərbaycan Respublikasının Mərkəzi Bankının (AMB) qısamüddətli notlarının yerləşdirilməsi üzrə hərrac keçiriləcək. Hərrac zamanı sifarişlərin toplanması BFB-nin ticarət reqlamentinə uyğun olaraq saat 11:00-dan 12:30-dək təşkil olunacaq.

Notların buraxılış parametrləri barədə məlumat cədvəldə verilib:

Dövlət qeydiyyat №-si 50100362S
 
Hərraca çıxarılan həcm  100 000 000 AZN
Bir notun nominal dəyəri 100 AZN
Notların tədavül müddəti 28  gün
Ödəmə tarixi 15.11.2017

Qeyd edək ki, hər bir bank tərəfindən təqdim edilən sifarişlərin ümumi sayı 2-dən  (1 rəqabətli və 1 qeyri-rəqabətli) artıq olmamalıdır.

Hərrac zamanı, Notların buraxılışının 20%-dən artıq olmamaq şərti ilə qeyri-rəqabətli sifarişlərin qəbul edilməsinə icazə verilir.

AMB qısa müddətli notlarının alıcıları yalnız lisenziya əsasında fəaliyyət göstərən yerli banklar ola bilər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır