AMB-nin Qısamüddətli Notlarının yerləşdirilməsi üzrə hərrac keçiriləcək

8 noyabr 2017-ci il tarixində Bakı Fond Birjasında (BFB) Azərbaycan Respublikasının Mərkəzi Bankının (AMB) qısamüddətli notlarının yerləşdirilməsi üzrə hərrac keçiriləcək. Hərrac zamanı sifarişlərin toplanması BFB-nin ticarət reqlamentinə uyğun olaraq saat 11:00-dan 12:30-dək təşkil olunacaq.

Notların buraxılış parametrləri barədə məlumat cədvəldə verilib:

Dövlət qeydiyyat №-si 50100165S
Hərraca çıxarılan həcm 150 000 000 AZN
Bir notun nominal dəyəri 100 АZN
Notların tədavül müddəti 28 gün
Ödəmə tarixi 06.12.2017

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır