AMB-nin qısamüddətli notlarının yerləşdirilməsi üzrə hərrac keçirilib

16 avqust 2017-ci il tarixində Bakı Fond Birjasında Azərbaycan Respublikasının Mərkəzi Bankının (AMB) 50100359S dövlət qeydiyyat nömrəli, 200 mln manat həcmində, 28 gün tədavül müddətli qısamüddətli notlarının yerləşdirilməsi üzrə hərrac keçirilib.

Hərrac zamanı 15 investor tərəfindən qiyməti 99.2278 AZN (10.01%) olan 21 sifariş təqdim edilib.

AMB-nin qərarına əsasən istiqrazların kəsmə qiyməti 99.2278 AZN (10.01%), orta ölçülmüş qiyməti 99.2278 AZN (10.01%) müəyyən edilib. İstiqrazların nominal qiymətlə ümumi məbləği 541,682,000.00 AZN, yerləşdirilmiş həcmi isə 200 mln manat təşkil edilib.

Notların ödəmə tarixi 13 sentyabr 2017-ci ildir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır